AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.

İqtisadiyyat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Norveçdə yerli "Budyo-Qlimt" və İsveçrənin "Luqano" komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da gerçəkləşəcək.