"Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniya klublarının maraq dairəsində olmaqda davam edir.

İqtisadiyyat.az yerli mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis daha bir komandanın maraq dairəsinə düşüb.

Belə ki, ÇFR rumıniyalı çalışdırıcını baş məşqçi postuna ən real namizdə hesab edir. Komandanın son 5 görüşdə cəmi 1 qələbə qazanması hazırkı baş məşqçi Andrea Mandorlininin postunu laxladıb.

Rəhbərlik qış fasiləsinə qədər onunla əməkdaşlığı davam etdirəcək. Lakin qışda artıq Mutu ilə danışıqlara başlanılacaq. ÇFR prezidenti Nelu Varqa hansı yolla olur-olsun, Mutunu vətənə qaytarıb komandanın sükanı arxasına keçirməkdə israrlıdır