"Ukrayna silahlı qüvvələrinin sayı 880 min nəfərdir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın "ARD" media şirkətinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarında 600 min nəfər xidmət edir.

Qeyd edək ki, 2022-ci ilin fevralından bəri Ukrayna ordusunun sayı 3 dəfədən çox artıb.

 

Gözəl Həşimova