"Qarabağda sülhməramlı kontingentin fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva Bakı ilə sülhməramlıların fundamental məsələlərini müzakirə edəcək: 

“Son bir il ərzində Qarabağda vəziyyət kəskin şəkildə dəyişib. 2022-ci ilin oktyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsinin Azərbaycan ərazisi kimi tanıyıb".

M.Zaxarova qeyd edib ki, sentyabrın 19-dan sonra Rusiya sülhməramlı kontingentinin regionda yerləşdirilməsi şərtləri ciddi şəkildə tənzimlənir.

Qeyd edək ki, artıq bir müddətdir Qarabağda vəziyyət müsbətə doğru dəyişib. Bu ilin sentyabrın 19-da isə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində bu ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərən erməni silahlı dəstə üzvləri tərk-silah edilib. Qondarma "Dağlıq Qarabağ Respublikası" özünü buraxdığını elan edib. Hazırda Qarabağda məskunlaşmış erməni əsilli vətəndaşlarımızın reinteqrasiyası ilə bağlı müvafiq işlər davam etdirilir. 

 

Gözəl Həşimova