"Qarabağda həlak olan Rusiya sülhməramlıları bu zərbəni regionda sülh naminə alıblar".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat "Telegram" kanalında yazıb: “Həmişə olduğu kimi regionda sülhə qarşı vurulan zərbədə həlak olmuş Rusiya sülhməramlılarının xatirəsi yad edirəm".

Bundan əvvəl Qarabağda Rusiya sülhməramlılarını daşıyan avtomobil müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub, sülhməramlılar həlak olub.