Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın ən azı 2025-ci ilin sonuna qədər Ukraynadakı münaqişəni gərginləşdirməyə davam edəcəyini bildirib.


İqtisadiyyat.az xəbər verir ki, həftəlik mətbuat konfransında danışan Zaxarova, "Vaşinqton Ukraynada silahlı fəaliyyətləri ən azı 2025-ci ilin sonuna qədər artırmağı planlaşdırır. ABŞ hökumətinin ötən ilin noyabrında Raytheon şirkəti ilə Kiyev üçün hava hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdə tutan 1,2 milyard dollarlıq 3 illik müddətli müqavilə bu məntiqi çərçivəyə uyğun gəlir.", - deyə XİN rəsmisi bildirib.