Yaxın bir neçə ildə dünyada hər kəs vaxtının bir saniyəsini itirəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, yeni bir araşdırmaya görə, bunun tam olaraq nə vaxt baş verməsi insanların təsirindən asılı olacaq. Çünki qütb buzlarının əriməsi Yerin fırlanmasını və vaxtını da dəyişir.

Günlərimizi təyin edən saatlar və dəqiqələr Yerin fırlanması ilə müəyyən edilir. Lakin bu fırlanma sabit deyil. O, Yerin səthində və onun nüvəsində baş verənlərdən asılı olaraq bir qədər dəyişə bilər. Bu kiçik bir dəyişiklik kimi görünə bilər, lakin hesablama sistemlərinə böyük təsir göstərə bilər.

İllər keçdikcə zamana çoxlu saniyələr əlavə olunub. Lakin uzun müddət davam edən yavaşlama tendensiyasından sonra Yerin fırlanması onun nüvəsindəki dəyişikliklər səbəbindən indi sürətlənir.

Son zamanlar insanların planeti istiləşdirən qalıq yanacaqları yandırması nəticəsində yaranan qütb buzlarının əriməsi burda əsas faktora çevrilib.

 

Gözəl Həşimova