Yunanıstan 2030-cu ilə qədər 4-cü və 5-ci nəsil 200 hərbi təyyarəyə sahib olacaq və tədricən köhnə təyyarələrdən qurtulacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Nikos Dendias idarəsinin Müdafiə Avadanlıqları və İnvestisiyaları Baş İdarəsinə baş çəkdikdən sonra deyib.

Dendias qeyd edib ki, ölkənin silahlı qüvvələri indiyədək baş vermiş ən böyük islahatlardan keçir: "Hərbi Hava Qüvvələrindən başlayaraq bu proqram 2030-cu ilə qədər 3-cü və 4-cü nəsil təyyarələrin tədricən sıradan çıxarılması ilə 4,5 və 5-ci nəsil 200 müasir təyyarəyə sahib olmağı nəzərdə tutur və donanmamızın modernləşdirilməsi hesablanır. Yeni XBİ freqatlarının alınması proqramı artıq həyata keçirilir", - Afina Makedoniya Xəbər Agentliyi (ANA-MPA) nazirin sözlərindən sitat gətirib.

O qeyd edib ki, Yunanıstanın özündə də yeni Constellation sinifli freqatların layihələndirilməsində və tikintisində iştirak nəzərdən keçirilir və keçid dövrü üçün optimal həllərin axtarışı aparılır.