Bərdə-Tərtər yolunda yük və minik avtomobilləri toqquşub. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonu, Yeni Daşkənd kəndindən keçən hissəsində baş verib. 

Cabbarov Təhsin Məhərrəm oğlunun idarə etdiyi "Kamaz 55111" markalı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan Bərdə rayon sakini, 1986-cı il təvəllüdülü Məhərrəmov Elməddin Məhəmməd oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. 

Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü Məhərrəmov Elməddin Məhəmməd oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.