2000-ci illərin sonundan etibarən dünyada qızıl investisiyalarından əldə olunan gəlir 8 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın biznes qəzeti "Nikkei" məlumat yayıb .

Məlumata görə, eyni dövr ərzində dünyada qiymətli kağızlara investisiyalardan əldə olunan gəlir isə 2 dəfə artıb.

Qeyd olunur ki, qızıla investisiyalardan əldə edilən gəlir artımı Amerika fond bazarında qiymətli kağızlara investisiyalardan əldə edilən gəlir artımını üstələyib .

Bildirilib ki, qlobal inflyasiya, pisləşən maliyyə şəraiti, eləcə də dünyada qeyri-sabit geosiyasi vəziyyət dolların təsirinin zəifləməsinə və qızılın uzun müddət ərzində daha cəlbedici investisiya olmasına səbəb olub.

 

Gözəl Həşimova