Ukraynanın təhlükəsizlik sazişləri imzaladığı Qərb ölkələri növbəti dörd il ərzində ölkəyə hər il 60 milyard dollar hərbi yardım verəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Ukraynanın baş naziri qeyd edib ki, Ukrayna artıq müttəfiqləri ilə, o cümlədən Avrop İttifaqı və ABŞ ilə 20 təhlükəsizlik sazişi imzalayıb.

Qeyd edək ki, Ukraynada bu il üçün 43,9 milyard dollarlıq büdcə kəsiri planlaşdırılır.

 

Gözəl Həşimova