Birbaşa xarici sərmayələrin həcmi ötən il qlobal miqyasda 2% azalaraq 1,3 trilyon dollara enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) saytında dərc olunmuş hesabatında deyilir.

Buna səbəb qlobal iqtisadi artımın yavaşlaması və geosiyasi gərginliklər olub. Bildirilib ki, artıq 2 ildir ki qlobal birbaşa xarici investisiyalar azalır.

Eyni zamanda, 2024-cü il üçün perspektivlər ekspertlər tərəfindən “çətin” kimi qiymətləndirilir. Bununla belə, il ərzində orta artım maliyyə şərtlərinin yüngülləşdirilməsi və investisiyaların təşviqi üçün birgə səylərlə mümkün görünür.

Hesabata görə, inkişaf etmiş ölkələrdə birbaşa xarici sərmayə axını ötən il 9% artaraq 464 milyard dollara çatıb, lakin ABŞ-də bu göstərici 6% azalaraq 311 milyard dollara enib.

İnkişaf etməkdə olan ölkələr də ötən il xarici investisiyalar 7% azalaraq 867 milyard dollara enib.

 

Gözəl Həşimova