Qəzza zolağında məcburi köçkünlərin sayı 187 minə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatında deyilir.

Məlumata görə, Qəzza zolağındakı hərbi əməliyyatlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan, lakin ölkə ərazisində qalan insanların sayı artır. Bildirilib ki, UNRWA-ya məxsus 83 məktəb binasında ən azı 137 min insan yaşayır.

 

Gözəl Həşimova