"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 27 394 750.09 AZN təşkil edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Fondun 3 illik hesabatına dair brifinqdə çıxışı zamanı deyib.

O deyib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib.

Sadiq Cavadov