Paytaxtın Yasamal rayonunda, “Beşmərtəbə” adlanan ərazidə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

“Azərsu” ASC-dən İqtisadiyyat.az-a verilən məlumata görə, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Qurumdan qeyd olunub ki, hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.