"Rusiya-Azərbaycan sərhədində yerləşən "Yaraq-Kazmalyar" keçid məntəqəsinin yenidən qurulması bu il ərzində başa çatdırılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Moskvada keçirilən Beynəlxalq Gömrük Forumunda bildirib.

Onun sözlərinə görə, 2022-ci ildən Rusiya-Azərbaycan sərhədində daha bir keçid məntəqəsi - "Taqirkent-Kazmalyar" yenidən qurulduqdan sonra Azərbaycanla sərhəddə növbə yaranmayıb.

 

Gözəl Həşimova