Ukrayna Dünya Bankının (DB) səhiyyə sisteminin bərpasına və mənzillərin təmirinə yönəlmiş layihələri çərçivəsində Yaponiyadan 118 milyon dollar alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Maliyyə Nazirliyinin "Telegram" kanalında bildirilib. 

Məlumata görə, ayrılan vəsait müharibədə xəsarət alanlara tibbi yardım göstərməyə və hücumlar nəticəsində dağılmış mülki infrastrukturun, o cümlədən yaşayış binalarının bərpasına sərf ediləcək.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal Kiyevin İnkişaf Siyasəti Krediti çərçivəsində Dünya Bankından 1,5 milyard dollar aldığını açıqlayıb.