Yarım ildə ölkədən 325 min 60 ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri isə 318 milyon 370 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 6 ayında Azərbaycandan 276 milyon 701 min dollarlıq 299 min 677 ton meyvə-tərəvəz ixrac edilmişdi.