Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İqtisadiyyat.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 504 komandanın yer aldığı siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.

14 pillə irəliləyən "Qarabağ" 191,25 xalla 39-cu yerdə qərarlaşıb.

"Zirə" (62,25 xal) 8 pillə irəliləyərək 361-ci, "Sabah" (60,75) 9 mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) isə 6 sıra irəliləyərək 397-ci olub.

Qeyd edək ki, dünya reytinqinə "Real" (371 xal) başçılıq edir.