Sabah Yaponiya və Filippin müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Filippin Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saziş çərçivəsində Filippin və Yaponiya hərbçiləri təcrübə mübadiləsi apara biləcəklər.

Sazişi iyulun 8-də Manilaya səfər edəcək Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və filippinli həmkarı Minor Kixar imzalayacaq.