İranda hərbi gəmi qəzaya uğrayıb.

İqtisadiyyat.az bu barədə İSNA agentliyinə istinadən xəbər verir.

Məlumata görə, “Sahand” esminesinin bir hissəsi Bəndər-Abbas limanı yaxınlığındakı bazada batıb.

Qəzanın səbəbinin təmir zamanı gəminin balans çənində problemlərin yaranması ehtimalı olduğu bildirilir.

Xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.