Slovakiyanın Baş naziri Robert Fitso may ayında baş verən sui-qəsd cəhdindən sonra iyulun 8-də işinə qayıdacaq.

İqtisadiyyat.az bu barədə Slovakiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, Fitsonun işə qayıtması kənd təsərrüfatı naziri Riçard Takac ilə Bratislavadan 50 kilometr aralıda yerləşən Slovenska Nova Ves kəndindəki Agro Voderady kənd təsərrüfatı birliyinə birgə səfəri ilə başlayacaq. Orada Slovakiya Kənd Təsərrüfatı və Ərzaq Palatasının nümayəndələri və yerli fermerlərin müşayiəti ilə məhsul yığımının gedişi ilə tanış olacaqlar.

Xatırladaq ki, bu ilin mayın 15-də Gandlova şəhərində Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi edilib. O, açılan atəş nəticəsində yaralanıb. Bundan sonra siyasətçi xəstəxanaya yerləşdirilib.