İsrail hərbçilərinin 2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başladığı vaxtdan bəri Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 38,1 mindən çox insan həlak olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Departamentin hesabatında deyilir: "İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı indi artaraq 38 153 nəfərə çatıb, daha 87 828 nəfər yaralanıb". 

Səhiyyə Nazirliyi qeyd edib ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 55 fələstinli həlak olub, 123 nəfər isə yaralanıb.