2024-cü ilin may ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 143 500 nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondundan İqtisadiyyat.az-a verilən xəbərə görə, onların 108 500 nəfərdən çoxu yaşa, 14 500 nəfərdən çoxu əlilliyə, 20 700 nəfərdən çoxu isə ailə başçısını itirməyə görə pensiya alıb.