Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.