Xırdalanda gənc intihar məqsədilə keçidin üzərinə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, gənc oğlan Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidin üstünə çıxaraq özünü atmaq istəyir.

Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.

Xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.