Çinli smartfon və elektron cihaz istehsalçısı Xiaomi yeni inkişaf etdirdiyi elektrikli avtomobil modeli ilə avtomobil bazarına daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, Xiaomi dünən Pekində keçirilən tədbirdə "SU7" adlı elektrikli idman avtomobil modelini təqdim edib.

Xiaomi-nin qurucusu və CEO-su Ley Cünün təqdimat etdiyi tədbirdə qeyd edilib ki, bu avtomobil satışa çıxarıldıqdan sonra yarım saat ərzində 50 min ədəd satılıb.

Ley yeni modelin Tesla Model 3-ə ekvivalent olan 700 kilometrlik bir batareya diapazonuna sahib olduğunu və texniki xüsusiyyətlərinin sözügedən Tesla modelindən daha yaxşı olduğunu iddia edib.

Xüsusiyyətlərinə görə 3 versiyada satışa çıxarılan avtomobilin başlanğıc qiyməti 215 min 900 yuan (təxminən 29 min 900 dollar) müəyyən edilib.