Bakıda bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən "Xəngəl Evi" adlı kafedə qeydə alınıb.

Belə ki, Cənnətalıyev Elçin Adil oğlu Ağayev Elşad Mövlud oğlunu qarın nahiyəsindən bıçaqla vuraraq xəsarətlər yetirib.

E.Cənnətalıyev şübhəli şəxs qismində tutulub.