Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının yaz hərbi xidmət keçməsi haqqında fərman imzalayıb.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, 18-30 yaş arası vətəndaşlar hərbi xidmətə qəbul oluna bilərlər.

"2024-cü il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmət keçməyə tabe olan 18-30 yaş arası Rusiya Federasiyasının 150 min vətəndaşı hərbi xidmətə çağırışın", - sərəncamda deyilir.

Fərmanda, həmçinin çağırış müddəti başa çatmış əsgər, matros, çavuş və baş zabitlərin hərbi xidmətdən azad edilməsi də tapşırılır. Rusiya Federasiyasının hökumətinə, regional hakimiyyət orqanlarına və çağırış komissiyalarına çağırış çərçivəsində bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək həvalə edilmişdir.

Yanvarın 1-dən hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 30 yaşadək artırılması haqqında qanun qüvvəyə minib.