Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi aprelin 2-də AZƏRTAC dərc edib.

Sənədə əsasən, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına gələn, YUNESKO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.