"Pekin Ukrayna münaqişəsinin həllinə kömək edə biləcək vacib və əvəzolunmaz tərəfdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Papanın Ukrayna nizamlanması üzrə nümayəndəsi, İtaliya Yepiskoplar Konfransının rəhbəri kardinal Matteo Zuppi deyib.

"Mən Kiyevdə və Moskvada olmuşam. Vaşinqtonda və Pekində də olmuşam. Həm ruslar, həm də ukraynalılar Müqəddəs Taxt-tacın rolunu tanıyırlar. Hər iki paytaxtdakı tərəflər əla iş görürlər. Biz uşaqların qaytarılmasında daha çox nəticə əldə etmək istərdik. Bunu etmək üçün heç bir fürsəti əldən verməyəcəyik", - Zuppi qeyd edib.

"Çin böyük və əvəzolunmaz resursdur və şübhəsiz ki, Ukraynada sülhün tapılmasına kömək edə bilər", - Zuppi əlavə edib.

Papanın nümayəndəsi vurğulayıb ki, Müqəddəs Taxt-Tac üçüncü aktor olan və uyğun həll yollarının tapılması və təmin edilməsi üçün çox işlər görməlidir: "Biz hərbi qələbənin yeganə variant, dialoqun isə təslim olması məntiqindən qurtulmalıyıq".