Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 15,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Əlavə edək ki, iyulun 4-də keçirilən valyuta hərracında tələb 39,9 milyon ABŞ dolları təşkil edib.