“Azərbaycana gətirilən vaksinlər ilk olaraq risk qruplarına vurulacaq ki, bunların başında da səhiyyə işçiləri gəlir”. 

Bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ikinci növbədə 65 yaşdan yuxarı xəstəlikləri olanlar vaksinasiya ediləcəklər.

O qeyd edib ki, hər bir vaksinin əlavə təsirləri ola bilər:

“Bu barədə məlumat istehlakçının qeydində əksini tapır. Qeyddə verilənlər seçəcəyimiz vaksində də əhəmiyyətli rol oynayır”