"İbtidai təhsildə islahatlar olmasa, növbəti mərhələdə aparılan islahatların əhəmiyyəti olmayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticələrinə həsr olunan mətbuat konfransında çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, şəhər və bölgələr üzrə imtahan nəticələrində ciddi fərqlər var:

"Bu fərqin səbəbi odur ki, uzun müddət Azərbaycan təhsilində vahid yanaşma olmayıb. Şəhər və bölgələrdə yanaşma fərqliliyin olması statistik göstəricilərə təsirsiz ötüşməyib. Məsələn, Bakıda orta 44 bal, Abşeron-Xızıda 43 bal, Qarabağ və Lənkəran-Astara bölgəsində 32 bal olub". 

Regionlar üzrə göstəricilər:

 

 

Orta balı ən yüksək olan 15 rayon/şəhər:

 


Gülşən Şərif