Suraxanı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Mehdiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, üzərinə baxış zamanı ondan 1 kiloqram 350 qram marixuana aşkar olunaraq götürülüb.