Şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman yetkinlik yaşına çatmayan şəxsi vurması və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.