Dağıstanın Tabasaran rayonunda iki dağ kəndi arasında 3 bal gücündə zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən məlumat verilib.

“Axşam saatlarında növbətçi Elmi Mərkəzə məlumat daxil olub ki, Tabasaran rayonunun Tınıt və Güxryaq kəndlərində 3 bal gücündə, 8 km dərinlikdə seysmik hadisə qeydə alınıb. Əhali tərəfindən heç bir şikayət daxil olmayıb”, - deyə məlumatda bildirilir.