Ukraynanın cənubunda iki regionda hava təhlükəsi xəbərdarlığı rejimi elan edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə əhaliyə müvafiq xəbərdarlıqlar edilib. 

Sirenlər Nikolaev və Odessa vilayətlərində işləyib. Siqnal daha sonra ləğv edilib. Xəbərdarlıqlar təxminən 15 dəqiqə qüvvədə olub.

Əvvəllər Dnepropetrovsk, Nikolaev, Odessa və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilmişdi və 20 dəqiqədən bir az çox, təxminən yarım saata qədər davam etmişdi.