Ukrayna prezidenti Volodimir Zelenski ofisində dəyişiklik edib. 

İqtisadiyyat.az xəbər verir ki, müvafiq sərəncamlar dövlət başçısının saytında dərc olunub.

Belə ki, Andrey Smirnov və Aleksey Dneprov prezident aparatı rəhbərinin müavinləri vəzifələrindən azad ediliblər. Onların yerinə Yelena Kovalskaya və İrina Mudraya təyin edilib.

Bu kadr qərarlarının səbəbləri barədə məlumat verilmir.