Ukraynada dövlət müəssisələrinin yarıdan çoxu fəaliyyət göstərmir və son beş ildə bağlananların sayı xeyli artıb.

Bu barədə İqtisadiyyat.az "Liga.net"ə istinadən xəbər verir.

Məlumata görə, Ukraynada dövlət müəssisələrinin 56%-i işləmir, lakin daha 17%-i hesabat təqdim etməyib.

Qeyd olunubki, Ukraynada ümumilikdə 3116 dövlət müəssisəsi var ki, onlardan yalnız 845-i (27%) fəaliyyət göstərir, 475-i isə (15%) gəlir əldə edir. 

 

Gözəl Həşimova