Ukraynada çağırışçıların tərxis olunmasına başlanılıb və mayın 31-dək davam edəcək.

Bu barədə İqtisadiyyat.az "Ukrinform" agentliyinə istinadən xəbər verir.

Eyni zamanda, bir gün əvvəl Ukrayna sosial şəbəkələrində çağırışçıların tərxis olunmasının başlanması ilə bağlı məlumatlar yayılmağa başlayıb, lakin Kiyevdə bu məlumat rəsmi təsdiqini tapmayıb.

Agentlik bildirib ki, Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlayanlar istisna olmaqla, 2022-ci ilin fevralına qədər hərbi xidmətə çağırılan bütün hərbi qulluqçular tərxis olunacaq.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib.

 

Gözə Həşimova