Ukrayna Rusiyaya qarşı döyüşlərdə süni intellektə malik pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

Bildirilib ki, PUA-nı hədəfə dəqiq istiqamətləndirmək üçün süni intellektdən istifadə olunur. Xüsusilə, dron maşın görmə qabiliyyətinə malikdir.

Qeyd edilib ki, hər bir təyyarədə peyk və ərazi məlumatları olan prosessor yerləşdirilib.