Ukrayna Rusiya təbii qazının ölkə üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların bu ildən sonra uzadılmayacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərarı Ukrayna Nazirlər Şurası açıqlayıb.

"Təbii qazın Avropaya boru kəmərləri ilə nəqlini nəzərdə tutan müqavilənin müddəti bu ilin sonunda başa çatacaq. Biz Rusiya ilə bu məsələ ilə bağlı yeni danışıqlar aparmaq niyyətində deyilik. Bu saziş uzadılmayacaq” , - bəyanatda deyilir.

Qeyd edək ki, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 28,4% azalaraq 14,6 milyard kubmetrə enib.

 

Gözəl Həşimova