Oktyabrda Ukrayna büdcəsinə Avropa İttifaqından və ABŞ-dən təxminən 2,8 milyard dollar məbləğində qrant və güzəştli maliyyə vəsaiti daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı (Aİ) güzəştli maliyyələşdirməyə 1,6 milyard dollar, ABŞ isə qrant şəklində 1,15 milyard dollar ayırıb. Aİ-dən ayrılan vəsait bu il üçün irimiqyaslı makromaliyyə yardımının bir hissəsi kimi doqquzuncu tranşdır.

Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin on ayı ərzində Kiyevə təxminən 35,4 milyard dollar vəsait daxil olub.

 

Gözəl Həşimova