Ucarda intihar hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə bu gün rayonun Qarabörk kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Aybəniz Əliağa qızı Ələkbərova özünü həyətdəki ağacdan asaraq intihar edib.

İki övladı olan Aybəniz Ələkbərovanın intiharının səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.