Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov müsəlmanların dini bayramı Leylatul-Qədr (türkməncə Qadir Gidjesi) münasibətilə 365 məhbusun əfv edilməsi haqqında fərman imzalayıb. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə rəsmi "Vətən" verilişində məlumat verib.

"Hörmətli Nazirlər Kabinetinin üzvləri, ənənəyə uyğun olaraq, biz müqəddəs Qədir gecəsi ərəfəsində cinayət törətməkdə təqsirli bilinən, lakin əməlindən səmimi peşman olan vətəndaşların əfv olunması istiqamətində tədbirlər həyata keçiririk. Nəcib ənənəyə uyğun olaraq, mən Türkmənistanın məhkum olunmuş 356 vətəndaşının qarşıdan gələn müqəddəs Qüdrət Gecələri münasibətilə əfv fərmanını imzalayıram", - deyə prezident Nazirlər Kabinetinin iclasında bildirib.

Berdiməhəmmədov Türkmənistan Prezidenti yanında Vətəndaşlıq və Əfv Məsələləri üzrə Təkliflərin Hazırlanması Komissiyasının sədri Begenç Gündoğdyevə hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə məhkumların həbs yerlərindən azad edilməsi və geri qaytarılması üçün lazımi işlərin görülməsini tapşırıb.