Bu ilin yanvar-noyabr aylarında Türkiyəyə 52 milyon 742 min 526 nəfər səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.

Ziyarətçilərin 46 milyon 725 min 424 nəfərini əcnəbi, 6 milyon 17 min 102 nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ziyarətçilərin sayında 10,82% artım müşahidə olunub.

11 ayda Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında 23,02% artımla Rusiya birinci yerdə qərarlaşıb.

 

Gözəl Həşimova