Azərbaycandan bu ilin yanvar-noyabr aylarında Türkiyəyə neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 1,1 milyon ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 76,2% artaraq 661,5 milyon dollar olub.

 

Gözəl Həşimova