Türkiyə hakimiyyəti turistlərə 100 günə qədər mənzil kirayə vermə qaydalarını sərtləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq qanun "Resmi" hökumət qəzetində dərc olunub.

Məlumata görə, bundan sonra mülk sahibi turistlərə 100 günə qədər kirayə mənzil vermək üçün Mədəniyyət və Turizm Nazirliyindən icazə almalıdır. Bu cür lisenziyalar ödənişli olacaq və müvafiq əyalətlərin qubernatorluğu tərəfindən veriləcək. 100 gündən artıq kirayə verilən mənzillər bu qanuna tabe deyil.

Bbildirilib ki, turistlər üçün kirayə mənzillər olan binaların üzərində həmin əmlakın icarəyə yararlı olması barədə məlumatların əks olunduğu müvafiq lövhələr asılacaqdır.

 

Gözəl Həşimova