Türkiyədə qaz qovşağı layihəsinin icrasına 2024-cü ildə başlana bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda layihənin yol xəritəsi qəbul olunacaq:

"Biz tərəfdaşlarımızla yaxın vaxtlarda qəbul olunacaq müvafiq yol xəritəsini hazırlamaq barədə razılığa gəldik və onun çərçivəsində bu layihənin icrasına başlanılacaq.

Türkiyəli tərəfdaşlarımız tezliklə Sankt-Peterburqda olacaqlar. Sankt-Peterburqda təcrübəmizlə tanış olmaq əminəm ki, Türkiyədə elektron platformanın və mərkəzin formalaşmasını təmin etməkdə faydalı olacaq. Ümid edək ki, gələn il bu layihənin həyata keçirilməsinin başlanğıcı olacaq”.

 

Gözəl Həşimova